Bank Of Baku

«Bakcell» abunəçiləri metroda da 3G xidmətindən istifadə edə biləcək

«Bakcell» abunəçiləri metroda da 3G xidmətindən istifadə edə biləcək
# 21 fevral 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin abunəçiləri metroda qatarlarda gedərkən 3G xidmətindən istifadə edə biləcək.

«APA-Economics»in məlumatına görə, bunu bu gün «Bakcell»in 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən şirkətin kommersiya direktoru Krasimir Qenov bildirib.

Onun sözlərinə görə, hazırda «Bakcell»in 3G xidmətindən 1 mln-a yaxın abunəçi istifadə edir: «Bu il ərzində abunəçilərimiz metroda qatarlarda gedərkən sözügedən xidmətdən yüksək səviyyədə istifadə edə bilər».

Qeyd edək ki, hazırda şirkətin 3 mln. qeydiyyatdan, o cümlədən 2,5 mln. aktiv abunəçisi mövcuddur və bunların 1 mln-u 3G xidmətindən istifadə edir. Göründüyü kimi, hazırda «Bakcell» şirkətinin ümumi abunəçilərin 40%-i 3G xidmətindən istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR