Bakı bələdiyyələrindəki torpaqların satışı üzrə hərrac və müsabiqələrin keçirilməməsinin səbəbi açıqlanıb
22 fevral 2012 07:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda 2009-cu ilin oktyabrından indiyə qədər bələdiyyə torpaqlarının satışı ilə bağlı 5 minə qədər müsabiqə və hərrac keçirilib, bu zaman heç bir qanun pozuntusu qeydə alınmayıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədov Bakı bələdiyyələrindəki torpaqların satışına dair hərrac və müsabiqələrin keçirilməməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, hələlik bu torpaqların sərhədləri dəqiq müəyyən olunmayıb.
“Əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti bu torpaqların sərhədlərini müəyyənləşdirməli və bununla bağlı müvafiq sərəncam verməlidir. Bu barədə tapşırıq hələ 2000-ci illərin əvvəlində verilməsinə baxmayaraq, indiyədək icra olunmayıb” - deyə komitə sədri qeyd edib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024