Bank Of Baku

Qərib Məmmədov: «Bəzən bələdiyyələr vətəndaşlara özlərinə aid olmayan torpaqları paylayır»

Qərib Məmmədov: «Bəzən bələdiyyələr vətəndaşlara özlərinə aid olmayan torpaqları paylayır»
# 22 fevral 2012 10:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bələdiyyələrin özlərinə aid olmayan ərazilərdən vətəndaşlara torpaq sahələri verməsi halları geniş yayılıb. «APA-ECONOMICS»in xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib: «Ən çox neqativ hallardan biri bələdiyyələrin qonşu bələdiyyələrin yerinə sərəncam verməsidir».

Komitə sədri qeyd edib ki, belə hallar həmin torpaq sahibləri komitəyə kadastr rəyi almaq üçün müraciət edəndə aşkarlanır: «Bizdəki baza xəritələrdə onun göstərdiyi torpaq sahəsinin koordinatlarını yoxlayırıq və məlum olur ki, qonşu bələdiyyənin ərazisidir və ya dövlət torpaqlarıdır. Belə hallarda vətəndaşlar narazılıq edirlər, amma bizim xəritələrdə bələdiyyələrin əraziləri dəqiq göstərilib».

Bununla bağlı çoxsaylı məhkəmə çəkişmələrinin olduğunu xatırladan komitə sədri bildirib ki, belə hallar Bakı şəhərinin Səbail, Binəqədi, Xəzər və digər rayonlarında baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR