Bank Of Baku

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kollegiya iclası keçirilib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində kollegiya iclası keçirilib
# 22 fevral 2012 11:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

«APA-ECONOMICS»in məlumatına görə, kollegiyada çıxış edən komitə sədri Qərib Məmmədov bildirib ki, respublikanın 8 641 506 hektar vahid torpaq fondunun 4 913 639 hektarı (56,9%-i) dövlət mülkiyyətində saxlanılıb, 2 032 744 hektarı (23,5%-i) bələdiyyə mülkiyyətinə verilib, 1 695 123 hektarı (19,6%) isə özəlləşdirilib.

İclasda bildirilib ki, 2011-ci ilin sonuna olan vəziyyətə görə, ölkədə torpaq payı alacaq 3 438 625 subyektdən (873 618 ailədən) 3 428 136-sı (871 220 ailə) torpaq paylarını naturada və hüquqi sənədlər əsasında alıblar.

Keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olmuş və özəlləşdirilməsi nəzərdə tutulan 1 mln. 395 min hektar torpaq sahəsinin 1 039 274 hektarı, yəni 99,8%-i pay torpağı kimi xüsusi mülkiyyətə verilib.

Ötən il 30 398 vətəndaşın adına fərdi qaydada yaşayış evi və bağ sahələrinə görə plan-ölçü sənədləri hazırlanıb ki, bunların da 4 695-i Bakı və Sumqayıt şəhərlərinin payına düşür. Ümumilikdə indiyədək Komitə tərəfindən 2 637 yaşayış məntəqəsi üzrə 801 688 vətəndaşın adına kompleks və ya fərdi qaydada şəhadətnamə, 190 635 plan-ölçü sənədləri hazırlanıb.

İclasda bildirilib ki, 2011-ci ildə torpaq qanunvericiliyinin pozulması üzrə 840 hal müəyyən edilib. Bunlardan 368 hal xəbərdarlıq edilməklə aradan qaldırılıb, 472 inzibati xəta ilə əlaqədar protokol tərtib edilib. Bu hallarla əlaqədar olaraq 35 265 manat cərimə tətbiq olunub, bunun 8 878 manatı ödənilib, ödənilməyən 26 387 manat cərimə ilə bağlı sənədlər tədbir görülməsi üçün məhkəmələrə göndərilib. İnzibati xəta hallarının 4-ü vəzifəli, 6-sı hüquqi və 830-u fiziki şəxslər tərəfindən törədilib.

2011-ci ildə bələdiyyə torpaqlarının satışı ilə bağlı ölkənin ayrı-ayrı bələdiyyələri üzrə 2 398 hərrac və müsabiqə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR