Bank Of Baku

Brüsseldə logistika ilə bağlı seminar keçiriləcək

Brüsseldə logistika ilə bağlı seminar keçiriləcək
# 22 fevral 2012 13:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Fevralın 29-da Brüsseldə (Belçika) Avropa Komissiyasının təşkilatçılığı ilə TRACECA Proqramının II investisiya forumu çərçivəsində təşkil ediləcək «Logmos» (logistik proseslər) mövzusunda texniki seminar keçiriləcək.

Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Nazirliyin də təmsil olunacağı seminarda müasir nəqliyyatın ən aktual problemləri, o cümlədən logistik mərkəzlərin əhəmiyyəti ilə bağlı müzakirələr keçiriləcək, dünyanın aparıcı dövlətlərinin təcrübəsi və ən qabaqcıl texnologiyası ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirdə Nəqliyyat Nazirliyinin nümayəndəsi ilə birgə «Azərbaycan Dəmir Yolları» QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri də iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR