Bank Of Baku

Azərbaycan məktəblərində “Intel Skoool” layihəsi çərçivəsində elektron dərslərdən istifadə ediləcək

Azərbaycan məktəblərində “Intel Skoool” layihəsi çərçivəsində elektron dərslərdən istifadə ediləcək
# 24 fevral 2012 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. “Intel” korporasiyasının beynəlxalq “Skoool” layihəsi çərçivəsində Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək. Bu barədə “APA-Economics”ə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə reallaşdırılacaq “Skoool” layihəsi “Intel”in qlobal təşəbbüsü olaraq riyaziyyat, biologiya, fizika, kimya və ibtidai sinif fənləri üzrə 400 elektron dərsi özündə birləşdirir. Müxtəlif ölkələrdə tətbiq olunan bu layihənin istifadəsi üçün dərslər tərcümə və adaptasiya edilir.

Azərbaycanda “Skoool” layihəsinin elektron dərslərinin lokallaşdırılması “Edumedia” təşkilatı tərəfindən həyata keçiriləcək. “Edumedia” təşkilatı tərəfindən Azərbaycan təhsil sisteminin müvafiq fənlər üzrə təcrübəli müəllimləri cəlb edilərək elektron dərslərə adaptasiya olunacaq. Azərbaycan dilinə tərcümə edilmiş bütün dərslər www.skoool.az resursunda azad istifadədə olacaq. Layihənin Azərbaycanda tam tətbiqi bu ilin may ayına planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR