Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına üzv olub

Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına üzv olub
# 24 fevral 2012 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bern şəhərində (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt İstismarı Şurası və Administrativ Şurasının birgə sessiyası çərçivəsində ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən ibarət Qəyyumlar Şurasına (Board of Trustees) seçkilər keçirilib və Azərbaycan bu orqana üzvlüyə qəbul olunub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Şərqi Avropa və Şimali Asiya regionu üzrə sözügedən qurumda ayrılan 1 yerə 3 ölkə - Azərbaycan, Gürcüstan və Rumıniya namizədliyini verib. Səsvermələr ÜPİ-nin Poçt İstismarı Şurasının 40 üzv ölkəsi tərəfindən gizli yolla aparılıb.

«Qəyyumlar Şurası Xidmət Keyfiyyəti Fondu çərçivəsində dünya ölkələrinin poçt administrasiyaları tərəfindən hazırlanmış layihələri nəzərdən keçirir, onları təsdiq və ya rədd edir, icrasına nəzarəti həyata keçirir. Azərbaycan bu vacib orqana üzv olmaqla ölkənin poçt sahəsi üzrə bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində mühüm imkanlar əldə etmiş olacaq», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR