Bank Of Baku

Azərbaycanın ilkin mənzil bazarında qiymətlər sabit qalıb

Azərbaycanın ilkin mənzil bazarında qiymətlər sabit qalıb
# 24 fevral 2012 13:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar ayı Bakı şəhərinin ilkin mənzil bazarında həm qiymət, həm də alqı-satqı baxımından passivliklə yadda qalıb – qiymətlər dəyişməyib. «APA-Economics»in məlumatına görə, bu barədə ilkin bazarda monitorinq aparan «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi məlumat yayıb.

Birliyin məlumatında deyilir ki, vaxtilə ilkin mənzil bazarının 75% aktivliyini təşkil edən səbəblərdən biri Rusiyada yaşayan soydaşlarımızın daşınmaz əmlakın bu seqmentinə investisiya yatırması olub. Lakin son zamanlar məlum səbəblərdən belə bir tendensiyanın zəifləməsi bazarda ipoteka krediti ilə mənzil alanların aktivləşməsi ilə əvəz olunub.

Məlumatda bildirilir ki, yanvar ayındakı passivliyin səbəbi ilin sonuna doğru alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilmək imkanlarının məhdudlaşması (kredit portfeli limitinin tükənməsi), bazarda hələ də problemli MTK-ların mövcudluğu, əqdlərin bağlanması zamanı tələb olunan sənədlərin çatışmazlığı, bir çox hallarda isə ipoteka kreditinə etinasız yanaşma potensial mənzil alıcılarının bazardan soyuqlaşmasına təsirsiz ötüşməyib. «Alıcıların qarşılaşdıqları problemlərdən biri də yeni mənzilin təmiri məsələsi, yəni, bəzən bu vəsaitin evin yarı qiymətinə başa gəlməsi və zaman baxımından əlverişsiz olmasıdır ki, bu amillər də yeni mənzillərə olan tələbatın azalmasına gətirib çıxarır. Yanvar ayında aparılan monitorinq zamanı alqı-satqı agentliklərinə müraciətlərin sayında azalmanın müşahidə edilməsi də bunu deməyə əsas verir», - deyə məlumatda bildirilir.

Beləliklə, ilin ilk ayında Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan hündür mərtəbəli yaşayış binalarının sayı dekabrda olduğu kimi 424, tikinti aparan şirkətlərin sayı isə 151 ədəd kimi qalıb. İkin yaşayış mənzili bazarının təklif portfelinin strukturunda, o cümlədən, inzibati rayonların təklif portfelinin pay bölgüsündə də nəticələr dəyişməz qalıb.

«ƏBİ» İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə yanvar ayı ərzində satış üçün təklif olunmuş mənzillərin orta qiymətində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə edilməyib. Orta qiymət dekabrdakı kimi 1 kv. metr üzrə 825,2 manat səviyyəsində qərarlaşıb. Bu qiymət ötən illə müqayisədə 2,7%, 2008-ci ilin sentyabr ayı (böhran dövrünün başlanğıcı) ilə müqayisədə isə 30,9% aşağıdır. Yanvar ayı ərzində, yeni tikililərdə ötən aylardakı kimi 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edib, 5 otaqlı mənzillər əsasən şəhərin I zonasında üstünlük təşkil edir, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR