Bank Of Baku

Azərbaycanda yanvarda tikinti materialları ucuzlaşıb

Azərbaycanda yanvarda tikinti materialları ucuzlaşıb
# 25 fevral 2012 09:29 (UTC +04:00)
Birlikdən «APA-Economics»ə verilən məlumata görə, hər yeni ilin başlanğıcında bütün bazar seqmentləri üçün xarakterik olan durğunluq 2012-ci ilin yanvar ayında tikinti materialları bazarında da müşahidə edilib. «İstər alqı-satqı, istərsə də qiymət dinamikası baxımından ilin ilk ayı passivliklə qeydə alınıb. Ümumi dinamika üzrə 38 adda məhsuldan yalnız 10-unda qiymət dəyişməsi baş verib ki, bunun da 9-u azalma ilə müşahidə edilib», - deyə məlumatda bildirilir.

Birliyin mütəxəssisləri hesab edir ki, əsasən idxal məhsulları üzrə baş verən qiymət azalmasını ötən aylara nisbətən ilin sonuna doğru alıcı kütləsinin nisbi zəifləməsi ilə, başqa sözlə desək, mövsümi amillərlə əlaqələndirmək olar. Alıcı passivliyi isə bazarda tikinti materiallarının bolluğuna səbəb olub ki, bu da qiymətin aşağı düşməsi ilə nəticələnib. Yanvar ayında qiymət artımı müşahidə edilən yeganə tikinti materialı Rusiya və Ukrayna bazarlarından idxal edilən sink təbəqədə (0,5%) baş verib.

Qiymət azalması müşahidə edilən tikinti materiallarının siyahısı isə aşağıdakı formada qeydə alınıb:

Mişar daşı -0,8       Dəmir boru -1,8
DSP -0,3         Dəmir təbəqə -2,9
Taxta -0,2         Katinka -02,5
Şifer -0,9         Şüşə -0,4
İzolyasiya -15       

Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb. Ümumilikdə, 2012-ci ilin yanvar ayında tikinti materiallarının qiyməti əvvəlki ayla müqayisədə 0,33% azalıb, 2011-ci ilin əvvəli ilə müqayisədə isə orta qiymət göstəricisi 14,8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR