Bank Of Baku

Odessa-Poti-Odessa birbaşa konteyner əlaqəsi Azərbaycana yükdaşıma ilə məşğul olacaq

Odessa-Poti-Odessa birbaşa konteyner əlaqəsi Azərbaycana yükdaşıma ilə məşğul olacaq
# 27 fevral 2012 07:37 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu il martın 15-dən etibarən Odessa-Poti-Odessa birbaşa konteyner əlaqəsi fəaliyyətə başlayacaq.

APA-Economics”in GUAM-ın saytına istinadən xəbərinə görə, yeni konteyner əlaqəsi müxtəlif yük və konteynerlərin GUAM ölkələrinə çatdırılması ilə məşğul olacaq.

Şirkətlər müştərilərə Azərbaycan, Ukrayna, Belarus, Litva, Latviya, Estoniya, Rusiya, Moldova, Gürcüstan və Ermənistanda avtomobil və dəmiryolu nəqliyyatı vasitəsilə məhsulların daşınması üzrə kompleks xidmətlər göstərəcək.

İlkin mərhələdə müasir konteyner daşıyan gəmi iki həftədə bir dəfə reys yerinə yetirəcək. Gələcəkdə bu göstərici həftədə bir dəfə olacaq. Poti-Odessa marşrutu üzrə tranzit vaxtı 1 gün, Odessa-Poti marşrutu üzrə isə 4 gün təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR