Bank Of Baku

Yanvarda Azərbaycanda avtomobil nəqliyyatı yükdaşıma 7%, sərnişindaşıma isə 9% artıb

Yanvarda Azərbaycanda avtomobil nəqliyyatı yükdaşıma 7%, sərnişindaşıma isə 9% artıb
# 27 fevral 2012 08:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 7,8 mln. ton yük və 98,8 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında avtomobil nəqliyyatı ilə daşınmış yükün həcmi 7,2%, sərnişin daşınması isə 8,8% artıb: «Sərnişinlərin 96,7%-i avtobus, 3,3%-i minik taksilərinin xidmətlərindən istifadə edib».

Qeyd edək ki, cari ilin yanvar ayında avtomobil nəqliyyatında yük dövriyyəsi 7,4%, sərnişin dövriyyəsi isə 9,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR