Bank Of Baku

Yanvarda Azərbaycanda dəmir yolu ilə yükdaşıma 18% artıb

Yanvarda Azərbaycanda dəmir yolu ilə yükdaşıma 18% artıb
# 27 fevral 2012 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2 mln. ton yük daşınıb ki, bu da ötən ilin analoji ayına nisbətən 17,6% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, orta hesabla sutkada 653 vaqon yüklənib, 535 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27,6 min ton, Qərb istiqaməti üzrə 5,1 min ton və Cənub istiqaməti üzrə 2,8 min ton yüklənmə işi yerinə yetirilib.

Bununla yanaşı, hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi 703 mln. ton/km təşkil edib ki, bu da 2011-ci ilin ilk ayı ilə müqayisədə 6,8% çoxdur.

Sözügedən nəqliyyat vasitəsilə sərnişindaşımasına gəldikdə isə, yanvar ayında dəmir yolu nəqliyyatı ilə 305 min sərnişin daşınıb. Bu da ötən ilin analoji dövrünə nisbətən 9,1% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR