Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatında yanvarda yükdaşıma 12% artıb

Azərbaycanda dəniz nəqliyyatında yanvarda yükdaşıma 12% artıb
# 27 fevral 2012 12:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 12% artaraq 1,2 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61,6%-ni neft yükləri, 38,4%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

Hesabat ayında dəniz limanlarında 1,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və ötən ilin yanvar ayı ilə müqayisədə 8,2% artım olub: «İşlənmiş yüklərin 87,6%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 7,7%, idxal yüklərin həcmi isə 40,3% artıb».

Qeyd edək ki, 2012-ci il fevralın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 11 min ton və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 66,7% çox idxal yüklərin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR