Bank Of Baku

Frankfurt aeroportunun dispetçerləri yenidən tətilə başlayıb

Frankfurt aeroportunun dispetçerləri yenidən tətilə başlayıb
# 27 fevral 2012 14:05 (UTC +04:00)
Bakı - APA-Economics. Frankfurt aeroportunun dispetçerləri fevralın 23-də dayandırdıqları tətili yenidən bərpa ediblər.

APA-Economics”in dpa-ya istinadən xəbərinə görə, Hava nəqliyyatını idarəetmə işçilərinin Həmkarlar İttifaqının (GdF) aeroportu idarə edən “Fraport AG” şirkəti ilə dispetçerlərin maşının artırılmasına dair apardığı danışıqların nəticəsiz yekunlaşmasıdır.

Tətilin bu mərhələsi dünən yerli vaxtla saat 21:00-da başlayıb və cümə axşamı saat 05:00-a qədər davam edəcək. Bu səbəbdən aviaşirkətlər yenidən aviareysləri təxirə salmağa başlayıblar. Tətilin ən çox zərər vurduğu “Lufthansa” şirkəti öz saytında təxirə salınan 130 aviareysin siyahısını yerləşdirib.

Qeyd edək ki, Frankfurt aeroportunun dispetçerləri fevralın 16-dan tətilə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR