Bank Of Baku

«Azərsu» ASC ötən il xidmət haqlarının 85%-ni toplayıb

«Azərsu» ASC ötən il xidmət haqlarının 85%-ni toplayıb
# 27 fevral 2012 14:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il həyata keçirilən maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirməsi nəticəsində Azərbaycanda içməli su və kanalizasiya xidməti haqlarının ödəniş səviyyəsi yüksəlib.

«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə istehlakçılar istifadə etdikləri içməli suyun və göstərilən kanalizasiya xidmətlərinin 85%-nin haqqını ödəyiblər. Əhali qrupu üzrə ödəniş səviyyəsi 58,8%, qeyri-əhali qrupu üzrə isə 110,1% təşkil edib.

Dövlət başçısının 2011-ci il 8 aprel tarixli fərmanı ilə əhalinin 1 fevral 2011-ci il tarixinə olan 294,2 mln. manat məbləğində debitor borcları silindikdən sonra «Azərsu» ASC-də ödənişlərə nəzarət artırılıb. Bunun nəticəsində, təkcə Bakı şəhəri üzrə ödənişləri vaxtında və tam yerinə yetirən abunəçilərin xüsusi çəkisi 74%-ə çatıb. Bununla belə, paytaxt üzrə əhali abunəçilərinin 26%-i və ya təqribən 146 mini son bir ildə bir manat da olsun ödəniş etməyib. Paytaxtın rayonları arasında ödəniş səviyyəsinə görə ilk yeri Xəzər rayonu tutur. Burada abunəçilərin 90%-i içməli su və kanalizasiya xidmətlərinə görə ödənişləri vaxtında edir.

«Azərsu» ASC-dən bildirilib ki, ASC içməli su və kanalizasiya xidmətlərindən istifadə haqlarının vaxtında və tam ödənilməsi üçün nəzarət və maarifləndirmə tədbirlərini bundan sonra daha da gücləndirəcək. «Azərsu» ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, heç bir halda su təsərrüfatında nəzarətçilərə nağd pul ödəməsinlər: «Ödənişləri bank və poçt şöbələrində, Pay Point ödəniş terminallarında və plastik kartlardan istifadə etməklə internet vasitəsilə aparmaq lazımdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR