Bank Of Baku

Çin xarici markalı avtomobillərdən asılılığını azaltmağa başlayır

Çin xarici markalı avtomobillərdən asılılığını azaltmağa başlayır
# 27 fevral 2012 15:11 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin “FAW” avtomobil şirkəti “Red Flag” markalı limuzinlərin istehsalını bərpa etmək üçün hökumətdən icazə alıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu avtomobildən Çin inqilabının lideri Mao Tszedun istifadə edib.

Limuzinlərin istehsalı 2010-cu ildə dayandırılıb. Çin Kommunist Partiyasının yaydığı açıqlamada bildirilir ki, sedan limuzinlər ölkənin yüksək rütbəli məmurlarını gəzdirəcək. “FAW” şirkəti limuzin istehsalına 280 mln. dollar sərmayə qoymaq və artıq gələn il 30 min ədəd avtomobil istehsal etmək niyyətindədir.

Bu xəbər Almaniyanın “Audi” şirkəti üçün gözlənilməz zərbə olub. Belə ki, Çin məmurlarının 30%-i məhz bu şirkətin avtomobillərindən istifadə edir. Çin hökuməti xarici markalı avtomobillərlə rəqabətdə milli avtomobil sənayesini dəstəkləmək niyyətini artıq gizlətmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR