Bank Of Baku

Azərbaycanda tikinti materialları sənayesində istehsal azalıb

Azərbaycanda tikinti materialları sənayesində istehsal azalıb
# 28 fevral 2012 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən ümumilikdə 16,9 mln. manatlıq və ya ötən ilin eyni ayına nisbətən 1% az məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayında sənaye müəssisələri tərəfindən 98,1 min ton və ya ötən ilin analoji ayına nisbətən 4,9% az sement, 4,3 min ton tikinti gipsi (-38,8%), 46,7 min ton hörmə üçün hazır beton qarışığı (+34,8%), 4,4 min kubmetr betondan yığma-tikinti konstruksiyaları (-37%), 16,5 min ton asfalt (+4,3 dəfə), 2,6 ton tikinti əhəngi (+2,6 dəfə) və 15 min kubmetr tikinti kərpici (+32,5%) istehsal edilib.

Cari il fevralın 1-nə müəssisələrin anbarlarında 9,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,4%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR