Bank Of Baku

Brüsseldə Avropa Birliyi və Azərbaycan arasında enerji, nəqliyyat və ətraf mühit üzrə alt komitənin iclası keçirilib

Brüsseldə Avropa Birliyi və Azərbaycan arasında enerji, nəqliyyat və ətraf mühit üzrə alt komitənin iclası keçirilib
# 29 fevral 2012 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Brüssel (Belçika) şəhərində Avropa Birliyi (AB) və Azərbaycan arasında enerji, nəqliyyat və ətraf mühit üzrə alt komitənin VII iclası keçirilib.

Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycanın AB yanında daimi nümayəndəliyi, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, «Meliorasiya və Su Təsərrüfatı» ASC, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Dəniz Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub. İclasa Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin nümayəndəsi həmsədrlik edib.

Alt komitənin iclasında AB və Azərbaycan arasında enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri barədə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR