Bank Of Baku

Ukraynanın nəhəng aviaşirkətləri 2011-ci ili zərərlə başa vurub

Ukraynanın nəhəng aviaşirkətləri 2011-ci ili zərərlə başa vurub
# 29 fevral 2012 12:09 (UTC +04:00)
Bakı - APA-Economics. Ukraynanın nəhəng aviaşirkətləri 2011-ci ildə zərərlə işləməkdə davam ediblər.

APA-Economics”in “Kommersant-Ukraina”ya istinadən xəbərinə görə, ölkədə aviadaşımalar üzrə lider olan “AeroSvit” şirkətinin zərəri ötən il 3 dəfə artaraq 1,45 mlrd. qrivnaya (180 mln. dollara) çatıb.

Şirkət zərərin yüksəlməsini daşımaların maya dəyərinin artması və marşrut şəbəkəsinin inkişafına investisiyaların artması ilə izah edib.

“AeroSvit”in əsas rəqibi olan “Ukrayna beynəlxalq hava yolları” maliyyə hesabatını açıqlamasa da, zərərlə işlədiyini etiraf edir.

Qeyd edək ki, 2012-ci il Ukrayna aviaşirkətləri üçün son dövrlərin ən mühüm ili olacaq. belə ki, futbol üzrə builki Avropa çempionatı Ukrayna və Polşada keçiriləcək. Ölkəyə çoxsaylı futbol azarkeşlərinin gələcəyini nəzərə alan aviaşirkətlər bu ili zərərsiz başa vuracaqlarına ümid edirlər.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bu il dünya aviaşirkətlərinin hadisələr normal məcrada inkişaf edərsə, 3,5 mlrd. dollar gəlir əldə edəcəyini, Avropadakı borc böhranı bitməzsə, 8 mlrd. dollar zərərə uğrayacağını proqnozlaşdırır. Assosiasiya ötən il aviaşirkətlərin 6,9 mlrd. dollar gəlir əldə etdiyini ehtimal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR