Bank Of Baku

Dövlət Komitəsi: Azərbaycandakı avtomobillərin 40%-i təhlükəsizlik tələblərinə cavab vermir

Dövlət Komitəsi: Azərbaycandakı avtomobillərin 40%-i təhlükəsizlik tələblərinə cavab vermir
# 29 fevral 2012 12:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

N.Tağıyevin sözlərinə görə, bu avtomobillər həm texniki parametrləri, həm də təhlükəsizlik standartları baxımından günün tələblərinə cavab vermir.

N.Tağıyev bildirib ki, həmin avtomobillərin iştirakı ilə baş verən yol-hərəkət qəzalarının sayı da yüksəkdir. Bunu nəqliyyatda qəza statistikasının rəqəmləri də sübut edir. Belə ki, ötən il Azərbaycanda baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dən çoxu həmin tip yüngül minik avtomobilləri tərəfindən törədilib.

N.Tağıyevin sözlərinə görə, qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və əyləc yolunun uzun olması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR