Bank Of Baku

AZAL Böyük Britaniyanın “Eastern Airways” şirkəti ilə saziş imzalayıb

AZAL Böyük Britaniyanın “Eastern Airways” şirkəti ilə saziş imzalayıb
# 29 fevral 2012 15:11 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Böyük Britaniyanın “Eastern Airways” şirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) arasında kod-şerinq və interlayn sazişi imzalanıb.

APA-Economics”in Britaniya mətbuatına istinadən xəbərinə görə, saziş aviareyslərin birgə kommersiya istismarını, tərəfdaş aviaşirkətlərin sərnişinlərinə öz aviareysləri ilə uçuş imkanı yaratmağı nəzərdə tutur.

Bu anlaşma AZAL-a gələcəkdə Norveçlə, eləcə də Aberdindən uçuşlar həyata keçirilən Britaniya şəhərləri ilə əlaqə qurmağa imkan verəcək. Öz növbəsində “Eastern Airways” Bakı-Aberdin marşrutu üzrə aviabilet sata biləcək.

Bundan başqa, saziş çərçivəsində Aberdindən Aktau (Qazaxıstan), Tiflis (Gürcüstan), Tehran (İran) və Dubay (BƏƏ) şəhərlərinə Bakı vasitəsilə uçmaq imkanı veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR