«Bakcell Məzunu» proqramının II fazasına start verilib
29 fevral 2012 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «Bakcell Məzunu» proqramının II fazasını elan edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi «Bakcell»in Texniki, Marketinq/Satış və Maliyyə şöbələrində təcrübə keçmək üçün yüksək intellekt səviyyəsinə və akademik istedada malik olan sonuncu kurs bakalavr və magistratura tələbələrini seçməkdir. Layihənin II fazası Qafqaz, Texniki, Xəzər və Bakı Dövlət Universitetlərinin (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi) tələbələrini əhatə edəcək.
Uyğun namizədlərin seçim prosesi 4 mərhələdən ibarət olacaq ki, bura tərəfdaş universitetlərdə təqdimat, tərcümeyi-halların qəbulu, tələbələrin seçimi və şirkətdə təcrübə keçmək daxildir. İlk 3 mərhələ 2012-ci il fevralın 20-dən aprelin 6-na qədər keçiriləcək. «Bakcell Məzunu» proqramının bütün mərhələlərini uğurla başa vuran tələbələr «Bakcell»də 2012-ci ilin aprelin 10-dan iyunun 10-a qədər təcrübə keçmək imkanı qazanacaq.
Bütün «Bakcell Məzunlarına» 250 manat məbləğində təqaüd ödəniləcək. Ən uğurlu «Bakcell Məzunları» karyeralarını «Bakcell» şirkətində davam etdirmək imkanını əldə edəcək.

İnfrastruktur
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024
Ev almaq istəyənlərinə nəzərinə - cəmi 15.655 manat ilkin ödənişlə 3 otaq studiya mənzillər
15:02
24 may 2024
AZAL: Gələn aydan əcnəbilər Gürcüstana yalnız səyahət sığortası ilə giriş edə biləcək
13:13
24 may 2024