Bank Of Baku

«Azərpoçt» vətəndaşlarla canlı bağlantı təşkil edəcək

«Azərpoçt» vətəndaşlarla canlı bağlantı təşkil edəcək
# 01 mart 2012 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Martın 9-da Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC vətəndaşların şikayət və təkliflərinin dinlənilməsi üçün canlı bağlantı təşkil edəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, canlı bağlantı saat 10:00-dan 12:00-dək təşkil olunacaq. Belə ki, 498-79-77 nömrəli «Qaynar xətt» vasitəsilə Azərbaycanda yaşayan vətəndaşların müraciətləri «Azərpoçt»un məsul işçiləri tərəfindən cavablandırılacaq. Burada vətəndaşlar onları poçt rabitəsi ilə bağlı narahat edən bütün fikirlərini səsləndirə bilər.

Cari ilin II rübündən isə yerlərdə vətəndaşların qəbulu təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR