Bank Of Baku

“General Motors” və “Peugeot” şirkətləri strateji alyans yaradıb

“General Motors” və “Peugeot” şirkətləri strateji alyans yaradıb
# 01 mart 2012 09:09 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “General Motors” (GM) və Fransanın “PSA Peugeot Citroen” avtomobil şirkətləri uzunmüddətli strateji alyans yaradıb.

APA-Economics”in xəbərinə görə, bu barədə GM-in saytında yayılan açıqlamada alyansın məqsədinin Avropada öz rəqabət qabiliyyətliliyini artırmaq olduğu bildirilir.

Alyans iki əsas istiqamət üzrə qurulacaq. Bunlardan biri avtomobil platformalarının, komponentlərinin və modullarının mübadiləsi, digəri isə məhsulların və komplektləşdirici hissələrin alınması üçün birgə müəssisənin birgə müəssisənin yaradılmasıdır.

Hər bir şirkət öz avtomobillərini həm müstəqil şəkildə, həm də rəqabət əsasında satmaqda davam edəcək. Alyansın yaradılması ilə əlaqədar Fransanın “PSA Peugeot Citroen” nizamnamə kapitalını 1 mlrd. avroya qaldıracaq. Onun səhmlərinin 7%-ni isə GM alacaq ki, bu da ABŞ korporasiyasını şirkətin ikinci səhmdarına çevirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR