Bank Of Baku

Sahil kollektorunda təmizləmə işlərinə başlanıb

Sahil kollektorunda təmizləmə işlərinə başlanıb
# 02 mart 2012 13:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması işləri çərçivəsində paytaxtın kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan Sahil kollektorunda əsaslı təmir və təmizləmə işlərinə başlayıb.

«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 1983-cü ildə istismara verilmiş kollektor Səbail rayonu ərazisində Əl Oyunları İdman Sarayından Fəhlə prospektindəki Zığ nasos stansiyasına qədər uzanır. Kollektor şəhərin mərkəzi hissəsində yaranan tullantı sularını toplayaraq Zığ nasos stansiyasına ötürür, buradan da çirkab sular nasoslar vasitəsilə Hövsan Aerasiya Stansiyasına vurulur. 9,6 km uzunluğunda və 13 quyudan ibarət Sahil kollektoru 29 illik istismar müddətində böyük lillənməyə məruz qalıb: «Kollektorun layihə gücü sutkada 204 min kubmetr olsa da, hazırda bunun 40-50 faiz səviyyəsində işləyir».

Hazırda kollektorun müasir texnologiyalarla qum və lildən təmizlənməsi işləri həyata keçirilir. Təmizləmə işləri Almaniya istehsalı olan xüsusi avadanlığın köməyi ilə insan müdaxiləsi olmadan aparılır. Kollektora yüksək təzyiqlə vurulan su çökmüş qum və lili yuyur və paralel olaraq xüsusi avadanlıq vasitəsilə sorulur. Artıq 3 səyyar qurğu vasitəsilə kollektorun 10 faizə qədər hissəsi çöküntüdən tam təmizlənib. Layihəyə uyğun olaraq Sahil kollektorunda təmizləmə işləri qarşıdakı 2 ay ərzində başa çatdırılacaq.

Təsdiqlənmiş tədbirlər proqramına uyğun olaraq başlanğıcını Yasamal rayonu ərazisindən götürən Dairəvi kollektorun da təmizlənməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR