Rusiya «VAZ-2107» avtomobillərinin istehsalını dayandırır
Onun sözlərinə görə, «Xəzər-Lada» şirkəti 2011-ci ildə Azərbaycanın dövlət büdcəsinə 15 mln. ABŞ dolları məbləğində ödəniş edib: «Ümumiyyətlə, Azərbaycanın avtomobil bazarında realizə olunan yeni Rusiya avtomobillərinin 40-45%-i məhz bizim şirkətə məxsusdur. Müştərilərimiz tərəfindən indiyədək heç bir ciddi narazılıq olmayıb».
May ayının 1-dən etibarən Rusiya avtomobillərinin yeni standartlarla Azərbaycana gətirilməsinə gəldikdə isə F.Qasımzadə bildirib ki, «AvtoVAZ»ın istehsal etdiyi bütün modellər texniki baxımdan keyfiyyətlidir: «Sovet poladının illər boyu yüksək reytinqi olub və «AvtoVAZ»ın avtomobilləri məhz bu materialdan istehsal olunur. Qaldı ki, yeni standartlara, avtomobilləri sürən insanlardan da çox şey asılıdır. Məsələn, «VAZ-2107» avtomobilinin maksimal sürəti 125 km/saatı keçməməlidir, təhlükəsizlik kəmərlərindən istifadə olunmalıdır. Onu deyə bilərəm ki, «AvtoVAZ» şirkəti cari ilin aprel ayından etibarən sözügedən modelin istehsalını tam dayandıracaq. Onu da demək istərdim ki, «AvtoVAZ» hər ay təxminən 10 min avtomobil istehsal edir və bunun cəmi 500-600-ü Azərbaycana ixrac olunur. Bu o deməkdir ki, «AvtoVAZ» keyfiyyətsiz avtomobil buraxmır və Azərbaycana gətirilən avtomobillər Rusiyanın daxili bazarında, həmçinin Ukrayna, Qazaxıstan və s. ölkələrdə realizə olunur. Ümumiyyətlə, «VAZ-2107» modeli «Euro-IV» parametri ilə istehsal olunur».
Şirkətin rəsmisi onu da bildirib ki, hazırda «Xəzər-Lada»nın satış salonlarında təxminən 700 ədəd avtomobil mövcuddur və bundan bir qədər də çox artıq sifariş olunub: «Sifariş etdiyimiz avtomobillər ola bilsin ki, may ayının sonunda Azərbaycana gətirilsin. Bununla bağlı biz aidiyyəti qurumlara müraciət etmişik və ümid edirəm ki, istisna ediləcək».
F.Qasımzadə həmçinin əlavə edib ki, «AvtoVAZ»ın istehsal etdiyi bir sıra modellər Avropanın Fransa, Almaniya, İspaniya, Çexiya və bu kimi digər ölkələrə ixrac olunur: «Bu ölkələrə hər ay təxminən 2-2,5 min ədəd avtomobil göndərilir».
Artıq Azərbaycana gətirilmiş «VAZ-2107» avtomobillərinin qiymətinə gəldikdə isə, F.Qasımzadə qeyd edib ki, sözügedən modelə qiymətlərin qismən bahalaşması istisna deyil: «Hazırda «VAZ-2107» modelinin satış qiyməti 6,5-6,7 min manat təşkil edir. Avtomobilin maya dəyəri ilə satış qiyməti arasında 15%-lik fərq mövcuddur».
«Xəzər-Lada» şirkətinin prezidenti onu da bildirib ki, bundan sonra şirkət ölkəyə standartlara cavab verən avtomobilləri idxal edəcək: «Hazırda bizim Azərbaycana gətirdiyimiz «Lada-114» və «Lada-115» modellərində də ABS əyləc sistemi və təhlükəsizlik yastıqları yoxdur. Bunu aradan qaldırmaq və sözügedən modelləri müvafiq avadanlıqlarla təchiz etmək mümkündür. Lakin bu, avtomobillərin qiyməti təxminən 1 500 manat bahalaşdıracaq. Bizim satdığımız digər modellər isə tətbiq olunacaq yeni standartlara tam cavab verir».
Şirkətin satış həcminə gəldikdə F.Qasımzadə bildirib ki, «Xəzər-Lada»nın illik satış həcmi 11 min avtomobil təşkil edir.
Qeyd edək ki, «VAZ-2107» avtomobil modeli 1978-ci ildən istehsal olunur. Azərbaycana bu model 1980-ci ildən etibarən idxal olunur.
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib