Bank Of Baku

Yaxın iki ildə «VAZ» avtomobillərinin beş yeni modeli buraxılacaq

Yaxın iki ildə «VAZ» avtomobillərinin beş yeni modeli buraxılacaq
# 02 mart 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoVAZ» MMC-nin Azərbaycanda rəsmi distribütoru olan «Xəzər-Lada» şirkəti 2013-cü ildən etibarən ölkəyə idxal edəcək bütün avtomobil modelləri praktiki olaraq «Euro-V» standartına tam cavab verəcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Xəzər-Lada» şirkətinin prezidenti Fəxrəddin Qasımzadə bildirib.

Onun sözlərinə görə, hazırda «AvtoVAZ» model sırasında dəyişiklik etmək niyyətindədir və 2014-cü ildə bu işləri yekunlaşdıraraq avtomobil bazarına 5 yeni model çıxaracaq: «Eyni zamanda, biz sentyabr-oktyabr aylarında «AvtoVAZ»ın yeni istehsal etdiyi «Lada Granta» modelini Azərbaycana gətirmək niyyətindəyik. Bu model ABS əyləc sistemi və təhlükəsizlik yastıqları ilə təchiz olunub. Model iki variantda təklif olunacaq ki, bunlardan biri adi, digəri isə lüks komplektasiyada olacaq».

Yeni modelin qiymətinə gəldikdə isə, F.Qasımzadə bildirib ki, «Lada Granta»nın satış qiyməti 9 min manatdan çox olacaq.

«Xəzər-Lada» rəsmisi qeyd edib ki, 2013-cü ildən etibarən ölkəyə idxal edəcək bütün avtomobil modelləri praktiki olaraq «Euro-V» standartlarına tam cavab verəcək: «Gələn ildən etibarən biz «Lada Priora» avtomobilinin avtomatik sürət ötürücü qutusu ilə də Azərbaycana idxalını nəzərdə tutmuşuq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR