Bank Of Baku

“Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı” kitabı nəşr olunub

“Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı” kitabı nəşr olunub
# 02 mart 2012 15:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən “Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı” adlı kitab çap olunub.

AMEA-nın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, institutun direktoru Məhərrəm Babayevin müəllifi olduğu kitab 2006-2010-cı illərdə torpağın genezisi coğrafiyası və xəritəçiliyi laboratoriyasının çöl, kameral, laboratoriya tədqiqatları, mövcud çap və fond materialları, torpaqşünaslığa aid ən yeni ideyalar əsasında hazırlanıb.

Kitab WRB sisteminin (dünya torpaq ehtiyatlarının məlumat bazası) tələblərinə cavab verməklə bərabər, həm də milli tələbat nəzərə alınaraq böyük torpaq taksonları (sinif, şöbə, tip) ilə bərabər kiçik taksonlar da (yarım tip, növ, növ-müxtəlifliyi, sıra, variant) daxil olmaqla iri miqyaslı torpaq tədqiqatları və xəritələşmə işlərində istifadə olunması üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR