Bank Of Baku

«Bakcell» yeni kampaniyaya start verib

«Bakcell» yeni kampaniyaya start verib
# 02 mart 2012 15:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti «CINeration» abunəçiləri üçün yeni kampaniyaya start verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Hər ikinci dəqiqə pulsuz» adlı kampaniya sayəsində «CINeration» abunəçiləri ölkədaxili zənglərin hər ikinci dəqiqəsini pulsuz danışacaq. Bununla da 2 dəqiqə danışan abunəçi digər «CINeration» nömrəsinə zəng edərkən 1 qəpik, digər «Bakcell» nömrəsinə zəng edərkən 4 qəpik və istənilən operator və ya şəhər nömrəsinə zəng edərkən 6 qəpik ödəyəcək.

Eyni zamanda «Bakcell» şirkəti «CINeration» tarifi çərçivəsində abunəçilərə pulsuz zero.facebook xidmətini təklif edir. Bundan əlavə, «CINeration» abunəçilərinə 50% güzəştlə qiyməti 1 MB üçün 12,5 qəpik olan İnternet xidməti təklif edilir. SMS və MMS-lərin qiyməti isə 2 qəpik təşkil edir.

Qeyd edək ki, hər ikinci dəqiqəni pulsuz danışmaq üçün minimal dəyəri 2 manat olan danışıq kartını yükləmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR