Bank Of Baku

İki ay ərzində Azərbaycanda 208 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

İki ay ərzində Azərbaycanda 208 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
# 03 mart 2012 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin ilk iki ayı ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 99 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 208 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.

Onlardan 34 ədədi möhürlənib, 2 ədədi qeydiyyata salınıb, 172 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 6 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR