Tacikistanda “Facebook”a giriş bağlanıb
05 mart 2012 11:24 (UTC +04:00)
Bakı - APA-Economics. Tacikistanın internet provayderləri bu gün səhərdən etibarən bəzi saytlara, o cümlədən populyar “Facebook” sosial şəbəkəsinə girişi bağlayıb.
“APA-Economics”in “AsiaPlus”a (http://news.tj) istinadən xəbərinə görə, bu barədə provayderlərə Tacikistan hökuməti yanında Rabitə Xidmətindən şifahi və ya yazılı xəbərdarlıq göndərilib, “yaranmış zərurətlə əlaqədar” bir sıra saytlara girişin bağlanması göstərişi verilib.
Provayderlərə göndərilən siyahılar müxtəlif olsa da, bağlanması zəruri olan dörd saytın adına bütün siyahılarda rast gəlinib. Bunlar Facebook.com, Zvezda.ru, Tjknews.com və Maxala.org saytlarıdır. Tacikistan hökuməti yanında Rabitə Xidməti hələlik məsələyə rəsmi münasibət bildirməyib.
Qeyd edək ki, indiyədək Tacikistanda Fergana.ru və Centrazia.ru saytlarına giriş bağlı olub.

İnfrastruktur
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024
Cavanşir körpüsünün sökülməsi davam edir - FOTO
14:28
21 may 2024
“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
12:50
21 may 2024
Deputat: Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır
12:47
21 may 2024