Bank Of Baku

«Turan Air» Bakı-Novosibirsk aviareysini bərpa edir

«Turan Air» Bakı-Novosibirsk aviareysini bərpa edir
# 05 mart 2012 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Turan Air» aviaşirkəti Bakı-Novosibirsk marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edir. Bu barədə «APA-Economics»ə «Turan Air» aviaşirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, bu ilin mayın 30-dan etibarən Bakı-Novosibirsk-Bakı aviareysi bərpa olunacaq: «Bakıdan Novosibirsk şəhərinə uçuşlar hər həftənin III günləri saat 09:00-da, əks istiqamətdə isə saat 16:15-də yerinə yetiriləcək».

Qeyd edək ki, hazırda Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə birbaşa aviareysləri Rusiyanın «S7 Airlines» («Sibir») aviaşirkəti yerinə yetirir. Bu şirkət Bakıdan Novosibirskə uçuşları hər həftənin VII günləri saat 13:00-da təşkil edir.

Xatırladaq ki, «Turan Air» aviaşirkəti 1994-cü ildə Azərbaycan-Britaniya müştərək müəssisəsi kimi təsis edilib. Tərkibində olan yarımşöbələrin fəaliyyət koordinasiyasını və strateji planlaşdırmanı gücləndirmək məqsədilə, 2006-cı ilin iyul ayında «Turan Air» aviaşirkəti «SW Holding» MMC-nin tərkibinə daxil olub. Hazırda şirkət Bakıdan Yekaterinburqa və Surquta (Rusiya), Gəncədən Moskva (Rusiya) və İstanbula (Türkiyə), Lənkərandan isə Surqut şəhərinə uçuşlar yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR