Bank Of Baku

AZAL Bakı-Milan aviareysinin sayını artırır

AZAL Bakı-Milan aviareysinin sayını artırır
# 06 mart 2012 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) aprel ayının 17-dən etibarən Bakı-Milan marşrutu üzrə yerinə yetirilən aviareyslərin sayını artıracaq.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda sözügedən marşrut üzrə uçuşlar hər həftənin I və V günləri saat 07:30-da həyata keçirilir: «Aprel ayının 17-dən etibarən isə Bakı-Milan-Bakı aviareysi həftədə 3 dəfə yerinə yetiriləcək. Milan istiqamətində həftədə 3 reysin olması həm biznes səfərlərini planlaşdırmaq, həm də turizm operatorlarının İtaliyaya fərqli turpaketlər tərtib etməsi üçün geniş imkanlar yaradacaq».

Qeyd edək ki, aprelin 17-dən etibarən AZAL həmçinin Bakı-Roma marşrutu ilə uçuşlara başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR