Bank Of Baku

“Yahoo!” 1000 əməkdaşını ixtisar etməyə hazırlaşır

“Yahoo!” 1000 əməkdaşını ixtisar etməyə hazırlaşır
# 06 mart 2012 12:01 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərindən olan “Yahoo!” korporasiyasının baş direktoru Skott Tompson şirkətdə irimiqyaslı restrukturizasiya həyata keçiriləcəyini bəyan edib.

APA-Economics”in xəbərinə görə, islahat planı əməkdaşların kütləvi ixtisarını da nəzərdə tutur.

“Yahoo!”nun təxminən min əməkdaşının ixtisar ediləcəyi gözlənilir. Restrukturizasiyaya məruz qalan bölmələr arasında marketinq və PR, tədqiqat və işləmələr bölmələri, eləcə də regional bölmələr ola bilər.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir. Bu ilin əvvəlinə “Yahoo!”nun daimi işçilərinin sayı 14 min nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR