Bank Of Baku

Azərbaycan Almaniyada keçirilən beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edir

Azərbaycan Almaniyada keçirilən beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edir
# 06 mart 2012 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Hannoverdə (Almaniya) dünyanın ən iri İT-sərgilərindən biri hesab olunan «CeBIT-2012» beynəlxalq informasiya texnologiyaları sərgisi işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərginin işində Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Azərbaycan təmsilçiləri sərgidə ölkənin son illər ərzində İKT sahəsində qazandığı nailiyyətləri təqdim edəcək. Bundan başqa, Azərbaycan stendində ölkədə həm dövlət, həm də özəl şirkətlər tərəfindən həyata keçirilən layihələr nümayiş olunacaq.

Budəfəki sərginin əsas mövzusu informasiya təhlükəsizliyinin təmin edilməsi olacaq. Bu mövzunu təşkilatçılar son vaxtlar sosial şəbəkələrdə fərdi məlumatların mühafizəsi ilə bağlı baş verən qalmaqallar və diskussiyalar, eləcə də kibercinayətkarlığın artması ilə əlaqədar müzakirə etmək qərarına gəlib.

Martın 10-da öz işini yekunlaşdıracaq «CeBIT-2012»də 70 ölkənin 4 200-dən artıq şirkəti iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR