Bank Of Baku

Azərbaycana yenilənmiş «Hyundai Genesis» avtomobili gətiriləcək

Azərbaycana yenilənmiş «Hyundai Genesis» avtomobili gətiriləcək
# 06 mart 2012 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti ölkəyə yenilənmiş «Hyundai Genesis» modelini idxal edəcək.

«Hyundai Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yaxın vaxtlarda «Genesis»ın həm sedan, həm də kupe variantları Azərbaycana gətiriləcək.

Hər iki variant xarici görünüş (face lifting) və daxili təchizat (texniki) baxımından yenilənib. Belə ki, «Genesis»ın sedan versiyasının xarici görünüşü əhəmiyyətli dərəcədə dəyişdirilib, arxa faraları yenilənib, sürət ötürmə qutusu isə 8-pilləli (avtomat) olub.

«Genesis»ın kupe versiyasının da xarici görünüşü dəyişdirilib və model təzə dizaynda istehsal olunub. Maraqlısı odur ki, «Genesis» kupenın mühərriki əvvəlki kimi 2 litr həcmində qalsa da, mühərrikin gücü əvvəlki 210 at gücündən 275 at gücünədək artırılıb.

Yenilənmiş «Hyundai Genesis»ın qiymətinə gəldikdə isə, sedan versiyasının Azərbaycan bazarında 40 min manat civarında olacağı, kupenın isə 25,9 min manat təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, yenilənmiş «Hyundai Genesis»in sedan modeli 3,8 litr həcmli (290 at gücü) mühərriklə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR