Yan Ptaşek: «Azərbaycan avtomobil bazarı «Renault» üçün maraqlıdır»
07 mart 2012 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanın avtomobil bazarı Fransanın «Renault» şirkəti üçün çox maraqlıdır və biz belə maraqlı bazarda iştirak etməyə bilmərik». «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «Renault» şirkətinin Avrasiyada marketinq üzrə direktoru Yan Ptaşek (Jan Ptacek) bildirib.
Onun sözlərinə görə, Azərbaycan avtomobil bazarı «Renault» üçün vacib və perspektiv bazarlardan sayılır. Belə ki, ümumiyyətlə ölkə iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin gəlirləri artır: «Buna baxmayaraq, Azərbaycanda adambaşına düşən avtomobillərin sayı hələ də azdır. Məhz bu səbəbdən Azərbaycanın avtomobil bazarı bizim üçün maraqlıdır. Ötən illər ərzində «Renault» Rusiyanın avtomobil bazarına külli miqdarda investisiya yatırıb. Bu il ərzində isə biz Azərbaycan bazarında inkişaf etmək, bazarda mövqe tutmaq niyyətindəyik. Azərbaycanın avtomobil bazarı «Renault» üçün çox maraqlıdır və biz belə maraqlı bazarda iştirak etməyə bilmərik».
Qeyd edək ki, «Renault»un Azərbaycanda rəsmi distribütoru «Nurgün Motors» şirkətidir.

İnfrastruktur
Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
19:01
22 may 2024
Ev təsərrüfatlarının uçotu qaydası təsdiq edilib
18:35
22 may 2024
8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:18
22 may 2024
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024