Bank Of Baku

«Flydubai» aviaşirkəti Novruz bayramı ərəfəsində Bakı-Dubay aviareyslərinin sayını artıracaq

«Flydubai» aviaşirkəti Novruz bayramı ərəfəsində Bakı-Dubay aviareyslərinin sayını artıracaq
# 07 mart 2012 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Novruz bayramı ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə sərnişin aviareyslərinin sayını artırır. Bu barədə «APA-Economis»ə şirkətdən bildirilib.

Şirkətdən verilən məlumata görə, hazırda «Flydubai» aviaşirkəti Bakıdan Dubaya uçuşları hər həftənin I, II, IV, V və VI günləri saat 15:30-da «Boeing 737-NG800» avialayneri ilə yerinə yetirir: «Novruz bayramı ilə əlaqədar istirahət günlərinin çox olduğunu və həmin günlərdə Bakıdan Dubaya turist axınının artmasını nəzərə alaraq, «Flydubai» aviaşirkəti martın 17-də, 18-də və 19-da Bakıdan Dubaya iki aviareys yerinə yetirəcək ki, bunlardan biri saat 07:30-da, digəri isə 15:30-da yerinə yetiriləcək. Müvafiq olaraq, martın 24-də, 25-də və 26-da Dubaydan Bakıya da gündə iki reys yola salınacaq».

Şirkətdən həmçinin bildirilib ki, hazırda hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 243 manat təşkil edir. Lakin bayram günlərində biletlərin qiymətinin artması istisna deyil.

Qeyd edək ki, «Flydubai» şirkəti ilə yanaşı Bakı-Dubay aviareysini «Azərbaycan Hava Yolları» QSC (AZAL) də yerinə yetirir. AZAL sözügedən marşrut üzrə uçuşları gündə iki dəfə (saat 10:05-də və 18:45-də) həyata keçirir.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 238 manat təşkil edir: «Lakin bayram günlərində – martın 19-dan 26-dək biletin minimal qiyməti 527 manat təşkil edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR