Bank Of Baku

Azərbaycan prezidenti Niderlandın infrastruktur və ətraf mühit nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti Niderlandın infrastruktur və ətraf mühit nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 07 mart 2012 14:25 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Hagen-Maas Gisteranusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hollandiyalı qonaq Niderlandın baş nazirinin salamlarını dövlət başçısına çatdırıb, ölkəsinin Bakıda, Azərbaycanın isə Haaqada səfirliyinin fəaliyyət göstərməsinin əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd edib. Nazir iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayıb.

Dövlət başçısı isə Niderland Krallığının infrastruktur və ətraf mühit nazirinin iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edib və səfərin ölkəmizi yaxından tanımaq üçün qonaqlara yaxşı fürsət yaradacağını deyib. Prezident İlham Əliyev Niderlandın baş naziri ilə keçirdiyi görüşləri və əməkdaşlığımızın inkişaf etdirilməsinə dair səmərəli müzakirələr apardığını xatırlayıb. Dövlət başçısı səfirliklərin fəaliyyətə başlamasından sonra ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən su təsərrüfatı, infrastruktur, ekologiya, nəqliyyat və digər sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR