Bank Of Baku

Azərbaycanın mobil cihazlar bazarında dövlət strukturları monitorinqə başlayıb

Azərbaycanın mobil cihazlar bazarında dövlət strukturları monitorinqə başlayıb
# 09 mart 2012 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dövlət strukturları Azərbaycanın mobil cihazlar bazarında mövcud qanunvericiliyin təmin olunması məqsədilə monitorinq keçirir.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, dövlət strukturlarının birgə səylərinin məqsədi daxili bazarda saxta mobil telefonların və qeyri-leqal idxal olunan mobil cihazların satışının qarşısını almaqdır. Hazırda dövlət strukturları mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərinin monitorinqini həyata keçirir.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, daxili bazarda məşhur ticarət markalarının adı altında istehsal olunan saxta mobil telefonlar satışı faktları mövcuddur. İstehlakçıların hüquqlarının qorunması və qanunvericiliyin təmin olunması naminə bu saxta mobil telefonların satışı dayandırılmalı, günahkarlar isə məsuliyyətə cəlb edilməlidir.

Bununla yanaşı, dövlət strukturları tərəfindən daxili bazarda uyğunluq sertifikatı olmayan mobil cihazların üzə çıxarılması üzrə monitorinqi də davam etdirilir. F.Kazımov hesab edir ki, bu tədbirlər Azərbaycanda sivil mobil cihaz bazarının formalaşması istiqamətində növbəti addımdır.

«Azərbaycanın mobil cihaz seqmentini şəffaflaşdırılması və onun Avropa ölkələri səviyyəsinə çatdırılması istiqamətində son illər zəruri addımlar atılıb. Keçən ilin sonunda Nazirlər Kabineti tərəfindən «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi, mobil cihazların qeydiyyat sisteminin tətbiqi istiqamətində görülən işlər bu prosesi daha da tezləşdirib. Hesab edirəm ki, birbaşa olaraq daxili istehlakçının müdafiəsini gücləndirmək istiqamətində həyata keçirilən bu fəaliyyətlər az bir zamanda öz real bəhrəsini verəcək», - F.Kazımov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR