Bank Of Baku

Tehran-Bakı və Bakı-Tehran aviareysləri təxirə salınıb

Tehran-Bakı və Bakı-Tehran aviareysləri təxirə salınıb
# 09 mart 2012 11:12 (UTC +04:00)
«Iran Air»in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Fokker 100» tipli təyyarə ilə bu gün saat 16:10-da Bakıya gəlməli olan IR503 saylı aviareys təyyarədə aşkarlanmış texniki nasazlığa görə Tehranda havaya qalxmayıb: «Məhz bu səbəbdən bu gün saat 17:00-da yerinə yetirilməli olan Bakı-Tehran aviareysi də təxirə salınıb. Bakıdan Tehrana növbəti uçuş martın 13-də yerinə yetiriləcək».

Qeyd edək ki, «Iran Air» şirkəti Bakı-Tehran marşrutu üzrə aviareysləri hər həftənin II və V günləri müvafiq olaraq saat 13:00-da və 17:00-da yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR