Bank Of Baku

Texniki nasazlıq səbəbindən təxirə salınmış Bakı-Kiyev aviareysi yola salınıb

Texniki nasazlıq səbəbindən təxirə salınmış Bakı-Kiyev aviareysi yola salınıb
# 09 mart 2012 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın «Aerosvit» aviaşirkətinin bu gün təyyarədə aşkar olunmuş texniki nasazlıq səbəbindən təxirə salınmış Bakı-Kiyev aviareysi yola salınıb. Bu barədə «APA-Economics»ə «Aerosvit»in Bakıdakı ofisindən bildirilib.

Ofisdən verilən məlumata görə, «Embraer RJ190LR» tipli təyyarədə aşkarlanmış nasazlıq tam aradan qaldırılıb və təyyarə saat 17:44-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Qeyd edək ki, bu gün səhər saat 08:45-də yerinə yetirilməli VV420 saylı aviareys təyyarədə aşkarlanmış texniki nasazlığa görə 16:00-dək təxirə salınıb.

Xatırladaq ki, «Aerosvit» şirkəti Bakı-Kiyev marşrutu üzrə aviareysləri hər həftənin I, III, V və VI günləri yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR