Azərbaycanda “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” üçün avtomobillərinin alınması üçün təkliflər sorğusu keçirilir
10 mart 2012 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın Nəqliyyat Nazirliyi “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” üçün “Toyota” avtomobillərinin satın alınması üçün təkliflər sorğusu keçirir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sorğuda iştirak etmək istəyənlər bu ilin mart ayının 14-dək H. Əliyev prospekti, 105 ünvanına və ya 404 41-28/29 telefon nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, dəyəri 95 milyon dollardan artıq olan nəqliyyatın intellektual idarəetmə sistemi ötən ilin dekabrında işə salınıb. Hazırda sistem normal rejimdə işləyir, bu ilin yay aylarında sistem tam gücü ilə işə düşəcək.
Bakıda nəqliyyatın hərəkəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin inzibati binasındakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kv. metr olan monitor vasitəsilə idarə edilir. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Dayanacaqlarda quraşdırılan, Koreya istehsalı olan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Video aşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024