Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” üzrə tender keçirir
10 mart 2012 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərpoçt» MMC üzrə poçt filialının inzibati binası və qəsəbə tipli poçt şöbəsi binalarının tikintisinə dair açıq tender elan edib. Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender iki lot üzrə keçiriləcək. I lot Yasamal rayonunda poçt filialının inzibati binasının tikintisini, II lot isə 3 ədəd qəsəbə tipli poçt şöbəsinin binalarının tikintisini əhatə edir. Tenderdə iştirak etmək istəyənlər I lot üzrə 300 manat, II lot üzrə 200 manat məbləğində iştirak hıqqı ödəməlidir.
İddiaçılar sənədlərini aprelin 17-dək, tender təkliflərini isə aprelin 26-dək təqdim etməlidir. Təklif zərflərinin açılma proseduru aprelin 27-də keçiriləcək.
İddiaçılar sənədlərini aprelin 17-dək, tender təkliflərini isə aprelin 26-dək təqdim etməlidir. Təklif zərflərinin açılma proseduru aprelin 27-də keçiriləcək.
İnfrastruktur
BMK: Ölkədə su qıtlığı hiss olunur
12:30
17 may 2024
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
09:38
17 may 2024
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024