Bank Of Baku

«Flydubai» aviaşirkəti Dubay-Bakı aviareyslərinin sayını artıra bilər

«Flydubai» aviaşirkəti Dubay-Bakı aviareyslərinin sayını artıra bilər
# 12 mart 2012 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə aviareyslərin sayını artıra bilər. Bu barədə «APA-Economics»ə açıqlamasında «Flydubai» şirkətinin rəhbəri Qeyt əl Qeyt məlumat verib.

Onun sözlərinə görə, hazırda Dubay və Bakı şəhərləri arasında hava əlaqəsi yaxşı səviyyədə təşkil olunub və «Flydubai» həftədə 5 dəfə sözügedən marşrut üzrə aviareyslər həyata keçirir: «Tələbatdan asılı olaraq Dubay-Bakı-Dubay sərnişin aviareyslərinin sayı artırıla bilər. Əgər müştərilərimiz tərəfindən tələbat artarsa, onda biz iki şəhər arasında aviareyslərin sayına yenidən baxacağıq».

Qeyd edək ki, «Flydubai» aviaşirkəti Bakıdan Dubaya uçuşları hər həftənin I, II, IV, V və VI günləri saat 15:30-da «Boeing 737-NG800» avialayneri ilə yerinə yetirir. Hazırda hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 243 manat təşkil edir.

Xatırladaq ki, ilkin kapitalı 68 mln. ABŞ dolları olan «Flydubai» aviaşirkəti 2008-ci il mart ayında fəaliyyətə başlayıb, 2009-cu il noyabr ayının sonundan etibarən isə Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa sərnişin aviareysini istifadəyə verib. Hazırda şirkət 27 ölkənin 45-dən çox şəhərinə uçuşlar yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR