Bank Of Baku

Bakıdan Paris, Praqa, Milan, İstanbul və Dubaya aviareyslərin sayı artırılır

Bakıdan Paris, Praqa, Milan, İstanbul və Dubaya aviareyslərin sayı artırılır
# 12 mart 2012 09:39 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, AZAL aprel ayının 21-dən mayın 31-dək Bakı-Paris-Bakı və Bakı-Praqa-Bakı reyslərini gündəlik olaraq yerinə yetirəcək, aprelin 25-dən mayın 31-dək Bakı-Milan-Bakı reysi həftədə 3 dəfə, mayın 10-dan etibarən Bakı-İstanbul-Bakı reysi gündə 3 dəfə, aprelin 20-dən etibarən mayın 31-dək Bakı-Dubay-Bakı aviareysi gündə iki dəfə həyata keçiriləcək.

M.Səfərli onu da bildirib ki, AZAL uçuşların coğrafiyasını da genişləndirmək niyyətindədir. Belə ki, aprelin 17-dən etibarən Bakı-Roma-Bakı marşrutu üzrə müntəzəm reyslərə start veriləcək: «İtaliyanın paytaxtına uçuşlar hər həftənin II, IV və VI günləri yerinə yetiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR