Bank Of Baku

«Təmiz Şəhər» ASC yeni layihənin icrasına başlayıb - FOTO

«Təmiz Şəhər» ASC yeni layihənin icrasına başlayıb - <font color=red>FOTO</font>
# 12 mart 2012 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən IDEA (International Dialogue for Environmental Action) kampaniyası çərçivəsində keçirilən «Bakı Debat Forumu» / «Yaşıl Düşüncə Kuboku-2012» layihəsinə start verilib.
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin məişət tullantılarının idarə olunması sahəsinə ətraf mühitin mühafizəsi və «yaşıl düşüncə tərzi» («green thinking») prizmasından yanaşmanı təbliğ etməkdir.
Cari ilin mart-iyul aylarını əhatə edən «Bakı Debat Forumu» özündə təlimlər, debat yarışları, ekspert görüşləri və müxtəlif səviyyəli təbliğat tədbirlərini birləşdirir. Layihə çərçivəsində keçirilən tədbirlər Bakı şəhərinin ali təhsil müəssisələrində təhsil alan 2 mindən artıq gənci əhatə edəcək.
«Yaşıl Düşüncə» 3R modelinə əsaslanır və cəmiyyəti az istifadəyə, təkrar istifadəyə, çeşidlənməyə çağırır. Bu modelə uyğun olaraq layihə ərzində istifadə edilən bütün sənədlər, təbliğat materiallarının toplanaraq çeşidlənməsi və kağızların təkrar emalı zavoduna təhvil verilməsi qərara alınıb.
Qeyd edək ki, «Təmiz Şəhər» ASC 2009-cu ilin mart ayından etibarən fəaliyyət göstərir. ASC məişət tullantılarının yığılması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin qurulması, idarə edilməsi və nəticə olaraq ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Cəmiyyət, həmçinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, tullantıların idarəedilməsi sahəsində ekoloji məlumatlandırma və bu sahədə əhalinin fəal iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR