Bank Of Baku

AZAL aviaşirkəti İstanbulun Sabiha Gökçen hava limanına reyslər yerinə yetirəcək

AZAL aviaşirkəti İstanbulun Sabiha Gökçen hava limanına reyslər yerinə yetirəcək
# 12 mart 2012 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) İstanbulun ikinci beynəlxalq hava limanına da uçuşlar yerinə yetirəcək.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin may ayının 10-dan etibarən AZAL İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına gündəlik olaraq yeni uçuşlar həyata keçirməyi planlaşdırır: «Sərnişinlərimiz bu hava limanından tranzit olaraq dünyanın bir çox şəhərinə uça biləcək».

Qeyd edək ki, hazırda AZAL İstanbulun ən iri beynəlxalq aeroportu olan Atatürk Hava Limanına uçuşlar yerinə yetirir.

Xatırladaq ki, mayın 10-dan etibarən AZAL Bakı-İstanbul-Bakı reysini gündə 3 dəfə yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR