Bank Of Baku

Amerikalı və ərəb investorları «Khazar Islands» layihəsinə ciddi maraq göstərirlər

Amerikalı və ərəb investorları «Khazar Islands» layihəsinə ciddi maraq göstərirlər
# 13 mart 2012 07:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Xarici investorlar Azərbaycanda Xəzər dənizində tikiləcək yeni şəhər - «Khazar Islands» layihəsinə investisiya yatırmaqda maraqlıdır. Bu barədə «APA-Economics»ə «Khazar Islands» layihəsini inşa edən «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.

Bir qədər əvvəl konsern rəhbərliyi Dubayda keçirilən daşınmaz əmlak və investisiya sammitində kompleksin inşası üçün xarici investisiyaların cəlb edilməsi məqsədilə bir neçə ölkədən olan investorlarla görüşlər keçirib. İş adamının sözlərinə görə, layihəyə BƏƏ, Türkiyə, Hindistan investorları, ABŞ-ın investisiya şirkətləri, eləcə də Dünya Bankı və s. kimi maliyyə təşkilatları da maraq göstərir.

«Khazar Islands»ın satış və marketinq direktoru Kənan Quluzadənin «APA-Economics»ə verdiyi məlumata görə, kompleksə ən böyük marağı Dubay investorları göstərir, artıq Dubay Əmirliyindən olan investorların ilk qrupu Bakıya gələrək komplekslə tanış olub. İkinci qrupun isə Azərbaycana yaxın günlərdə səfər edəcəyi gözlənilir.

Türk şirkətləri isə kompleksə investisiya yatırmaqla yanaşı, onun tikintisində podratçı kimi iştirak etmək arzusundadır. Mart ayında Bakıya 30-a yaxın investordan ibarət qrupun səfəri nəzərdə tutulub.

Qeyd edək ki, layihənin icrası ümumilikdə təqribən 100 mlrd. ABŞ dollarına başa gələcək və 4 mərhələdə həyata keçiriləcək. İlk mərhələ 2016-cı ildə başa çatacaq və bu işlər çərçivəsində 5 mln. kv. metr və ya 40 min mənzil tikiləcək.

İlk mərhələ üçün 12 mlrd. dollar investisiya tələb olunur ki, bunun da 4 mlrd. dollarının xarici investorlardan cəlb edilməsi nəzərdə tutulur. Kompleks rəhbərliyi ümid edir ki, ilk mərhələdə uğurla investisiya yatıran investorlar ikinci mərhələyə də sərmayə yatırmaqdan çəkinməyəcək, eləcə də onların uğurlu yatırımı digər investorları da bura sərmayə yatırmağa həvəsləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR