Bank Of Baku

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrindən lizinq və kommunikasiya şirkətləri də istifadə edə biləcək

Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestrindən lizinq və kommunikasiya şirkətləri də istifadə edə biləcək
# 13 mart 2012 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda «Fərdi məlumatlılıq haqqında» qanun layihəsi qəbul olunduqdan sonra Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən (MKRX) bank və bank olmayan kredit təşkilatları ilə yanaşı, lizinq və kommunikasiya şirkətləri də istifadə edə biləcəklər.

«APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MKRX-nin rəhbəri Elçin Həbibov bildirib.

Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması istiqamətində IFC ilə Azərbaycan Mərkəzi Bankı arasında ciddi işlər aparılır: «Biz istərdik ki, bu qanun layihəsi qəbul olunduqdan sonra hətta lizinq və kommunikasiya şirkətləri, o cümlədən müddətli və faiz dərəcəsi ilə kredit verən təşkilatlar da bu xidmətlərdən istifadə edə bilsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR